16:50 16.08.2022
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") dəyəri 81 milyon ABŞ dolları olan "Azerspace-2" peykinin 1 illik sığortalanması ilə bağlı açıq tender elan edib.
Fins.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 450 manatdır.
İddiaçılar ilkin sənədləri sentyabrın 5-nə qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə sentyabrın 13-nə qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanına təqdim edə bilərlər.
Təkiflərə sentyabrın 14-də qeyd olunan ünvanda baxılacaq. Qalib şirkət sığorta xidmətini bu il sentyabrın 26-dan başlayaraq 1 il müddətində göstərməlidir.
Mənbə: Fins.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.