17:31 22.08.2022
Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci ilin yanvar-iyul ayları üzrə sığorta bazarının maliyyə göstəricilərini açıqlayıb.
Fins.az AMB-yə istinadən xəbər verir ki, bu dövrdə toplanan sığorta yığımlarının həcmi ötən ilin eyni dövrünə nisbətən 9,9% artaraq 580,501 milyon manata çatıb.
Bu dövrdə sığorta ödənişlərinin həcmi isə 20% azalaraq 241,128 milyon manata düşüb.
Nəticədə sığorta bazarının zərərlilik göstəricisi 27,2% azalıb. Belə ki, bu ilin yeddi ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 41,5 manatı ödənişə yönəldilib. Ötən ilin eyni dövründə isə bu rəqəm 57 manat təşkil edib.
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.