"Niva Travel 2022"nin satışı - BAŞLAYIR - QİYMƏT

15:23 23.08.2022

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler

Avtomobil dilerləri 28 avqust 2022-ci il tarixində yenilənmiş Lada Niva Travel-in rəsmi satışının başlayacağını gözləyirlər.

FED.az xəbər verir ki, bu barədə TASS-a AvtoVAZ-ın bir neçə iri diler şəbəkəsinin nümayəndələri məlumat veriblər.

Avtomobilin tövsiyə olunan pərakəndə satış qiyməti təxminən 1 milyon rubl (cari məzənnə ilə 28 min 300 manat) təşkil edir.

"Niva Travel-in satışlarının avqustun 28-də başlaması planlaşdırılır. Niva Travel-ə həmişə olduğu kimi müəyyən tələbat var. Bu avtomobil ovçuluq və balıqçılıq məqsədləri ilə alınır" , - deyə “Praqmatika” Şirkətlər Qrupunun inkişaf direktoru Aleksandr Şaprinski bildirib.

Eyni zamanda, BN-Motors Şirkətlər Qrupunun Direktorlar Şurasının sədri, Rusiya Avtomobil Dilerləri Assosiasiyasının vitse-prezidenti Aleksey Podşekoldin də TASS-a avtomobilin rəsmi olaraq avqustun 28-də satışa çıxarılacağını təsdiqləyib. Onun sözlərinə görə, yenilənmiş Niva Travel üçün tövsiyə olunan pərakəndə satış qiyməti 998 min rubl təşkil edəcək ki, bu da "gənc" model - Niva Legend-dən demək olar ki, 200 min rubl çoxdur.

Podşekoldinin sözlərinə görə, satışların rəsmi olaraq avqustun 28-də başlamasına baxmayaraq, avtomobil yalnız sentyabrın əvvəlində dilerlərə çatacaq. (Marja)

Mənbə: Fed.az